Bazar, 23 Sentyabr 2018 21:58

Qasemi ABŞ DD-nin terrorizm barədəki illik hesabatına reaksiya verib

Qasemi ABŞ DD-nin terrorizm barədəki illik hesabatına reaksiya verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departementinin terrorizm barədəki illik hesabatının yayılmasının bu ölkənin ötən onilliklərdəki ikili və təzadlı münasibət və siyasətlərinin nişanəsi adlandırıb.

Bəhram Qasemi bu gün İran İslam Respublikasına qarşı ittiham və iddiaların irəli sürüldüyü ABŞ Dövlət Departementinin terrorizm barədəki illik hesabatını rədd edərək, əlavə edib: Bu anti-İran hesabatda irəli sürülən puç və əsassız ittihamlar elə bir haldadır ki, dünən Əhvaz şəhərindəki terror hücumu ilə, dünya belə bir gerçəkliyin şahidi oldu ki, İranın özü terror qrupları tərəfindən törədilən terrorizmin əsas qurbanlarından biridir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerika özünün terrorizmdən bir vasitə kimi istifadə üzrə siyasətinə və bu ölkənin "yaxşı və pis terrorizm" inancına görə, dünyada, xüsusən Yaxın Şərqdə nəhs terrorizm fenomeninin davam etməsində məsuliyyət daşımaqda davam edir və bu qrupların zorakılıq hərəkətləri qarşısında cavabdeh olmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə