Bazar, 23 Sentyabr 2018 16:04

General Baqeri: İranın silahlı qüvvələri terrorizmin kökünün kəsilməsinədək mübarizəni davam etdirəcəklər

General Baqeri: İranın silahlı qüvvələri terrorizmin kökünün kəsilməsinədək mübarizəni davam etdirəcəklər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb: İranın silahlı qüvvələri keçmişdəkindən daha əzmkar şəkildə terrorçuları və onların davamçılarını təqib və bu mənfur fenomenin kökünün kəsilməsinədək mübarizəni davam etdirəcəklər.

Əhvazdakı terror hücumunda şəhid olanların ailələrinə başsağlığı verən general-mayor pasdar Mohəmməd Baqeri deyib: İmperializmin və onun regiondakı muzdlularının ötən qırxildəki xəbisliklərinin davamında törədilmiş bu cinayət keçmişdəki kimi İslam İnqilabının və onun amallarının müdafiəsi sahəsində İran xalqının iradəsi və əzmkarlığına heç bir xələl gətirməyəcəkdir.

General-mayor Baqeri deyib: Parad mərasimində iştirak edən günahsız əhaliyə qarşı terror hücumu hərbi cəhətdən heç bir əməliyyat və kəşfiyyat dəyərinə malik deyildir.

Əmin-amansızlığın İran sərhədlərindən içərilərə ötürülməsindən açıq şəkildə danışan bəzi region ölkələri başçılarının küdurətli mövqelərini nəzərə çarpdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belə xəbərdarlıq edib: Bu ölkələr özlərinin düşmənçilik rəftarlarını islah edərək, İran xalqından üzr istəməlidirlər. Əks təqdirdə, İranın silahlı qüvvələri hər bir zaman və məkanda düşmənçiliklərə dağıdıcı cavabvermə haqqını özü üçün qoruyub saxlayır və cinayətkarları dünyanın hər bir nöqtəsində təqib edəcəklər.

Şərh yaz


Məxfi kod
Yenilə