Şənbə, 15 Sentyabr 2018 02:06

Təbrizdə Hüseyn(ə) südəmərləri mərasimi keçirilib

Təbrizdə Hüseyn(ə) südəmərləri mərasimi keçirilib

Hüseyn(ə) südəmərləri mərasimi İslami İranın hər bir yeri ilə eyni zamanda Şərqi Azərbaycan ostanının müxtəlif şəhərləri o sıradan Təbrizdə İmam Xomeyni(rh) müsəllasında əhli-beytin(ə) aşiqlərinin geniş iştirakı ilə keçirilib.

Mərasimdə Təvaşih, mədihə, şeir və mərsiyə oxunub. 

Hüseyn(ə) südəmərləri mərasimində analar körpələri ilə birlikdə iştirak edir və Əli Əsğərin(ə) anası Rubab(s) ilə öz həmdərdliklərini nümayiş etdirirlər. 

Hüseyn(ə) südəmərləri mərasimi məhərrəm ayının mərasimlərindən biri olaraq aşura günü şəhid olan uşaqların xatirəsini anmaq məqsədi ilə məhərrəmin ilk cüməsində keçirilir.

Təbrizdə keçirilən mərasimlə bağlı fotoları təqdim edirik.

Şərh yaz


Məxfi kod
Yenilə