Çərşənbə axşamı, 21 Avqust 2018 21:04

İranda Ərəfə duası mərasimi keçirilib

İranda Ərəfə duası mərasimi keçirilib

İslami İranın hər bir yerində vətəndaşların iştirakı ilə İmam Hüseynin (ə) ərəfə duası mərasimi keçirilib.

İslami İran xalqı çərşənbə günü müqəddəs məkanlar, imamzadələr, məscidlər, hüseyniyyələr, müsəllalarda Ərəfə duası mərasimini təşkil edərək şiələrin üçüncü imamı Həzrət İmam Hüseynin Ərəfat səhrasındakı duasını yad edib və Allahın dərgahından bağışlanmağı zümzümə edib. 

Həmçinin Məşhəddə şiələrin səkkizinci imamı İmam Rzanın (ə) pak ziyarətgahında Ərəfə günü duası zəvvarların iştirakı ilə oxunub.

Zilhəccənin 9-da günorta və əsr namazından günbatanadək İmam Hüseynin (ə) Ərəfə duası İranın müsəlman xalqının iştirakı ilə oxunur.

Ərəfə duası İmam Hüseynə (ə) aid duadır. Rəvayətlərə əsasən o bu duanı Ərəfə günündə Məkkədə Ərəfat səhrasında ətrafındakılarla birlikdə oxuyub.

Şərh yaz


Məxfi kod
Yenilə