Cümə, 20 iyul 2018 12:33

İran qazının Omana ixracı üzrə anlaşma tezliklə imzalanacaq

İran qazının Omana ixracı üzrə anlaşma tezliklə imzalanacaq

İranın Milli Qaz İxracı Şirkətinin direktoru İran qazının Omana ixracı üzrə anlaşmanın gələn aya qədər imzalanacağını bildirib.

İranın Milli Qaz İxracı Şirkətinin direktoru Mehran Əmirmüini İSNA-ya verdiyi müsahibədə Omana qaz ixracı layihəsinin dayanmadığını bildirərək bu layihənin icrasının ləngiməsi haqda deyib: Əldə olunan irəliləyişlərə əsasən gələn bir ay ərzində anlaşma yekunlaşacaq. 

Əmirmüini əlavə edib: Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi regionun digər ölkələri də İrandan qaz almaq istəyirlər. Bu bazarlarda siyasi şərait təyinedicidir. Bu şərait həll olunarsa, Birləşmiş Ərəb Əmirlikləri bazarı diqqət mərkəzində dura bilər. 

İran və Oman 2013-cü ildə təbii qaz ixracı sahəsində anlaşma imzalayıblar. Bu anlaşmanın icra olunması ilə İran qazı Fars körfəzinin dibindən bir boru kəməri vasitəsi ilə Omana ixrac olunacaq. 

İxrac olunacaq qazın bir hissəsi Omanda istifadə ediləcək və bu ölkənin LNG obyektlərində təbii maye halına çevrilərək məqsəd bazarlara ixrac olunacaq. 

Birləşmiş Ərəb Əmirliklərinin bu boru kəmərinin bu ölkənin dayaz sularından keçməsinə qarşı çıxmasına görə, boru kəməri Oman dənizinin dərin sularından keçəcək. Bu məsələ layihənin xərci və icra müddətinin artmasına gətirib çıxarıb. 

Şərh yaz


Məxfi kod
Yenilə