Bazar ertəsi, 16 iyul 2018 21:12

Hind diplomat Hindistanın İrandan neft idxalatının tam şəkildə kəsilməsini qeyri-real adlandırıb

Hind diplomat Hindistanın İrandan neft idxalatının tam şəkildə kəsilməsini qeyri-real adlandırıb

Hindistanın Qırğızıstandakı sabiq səfiri Hindistanın İrandan neft idxalatının tam şəkildə kəsilməsini qeyri-real adlandırıb.

Funçuk Stobedan bu gün Yeni-Dehlidə IRNA müxbiri ilə müsahibədə Hindistanın Amerikanın bütün ölkələrdən İrandan neft idxalatının tam şəkildə kəsilməsi zərurətinə dair istəyinə ehtimal olunan reaksiyası barədə qeyd edib ki, İran Hindistana neft ixrac edən üçüncü ixracatçıdır.

O, əlavə edib: İran nefti Hindistan üçün önəmsiz sayılacaq bir mövzu deyildir.

ABŞ 2018-ci il mayın 8-də nüvə anlaşmasından cıxandan sonra öz müttəfiqlərindən istədi ki, Tehrana qarşı iqtisadi sanksiyaların bir hissəsi kimi İrandan neft idxalatını sıfıra endirsinlər.

İranın neft naziri Bijən Namdar Zəngənə iyunun 19-da Vyanada OPEK-in Trampdan göstəriş almadığını bildirərək, vurğuladı ki, neft digər ölkələrə qarşı bir vasitə və silah kimi istifadə olunmamalıdır.

Trampın nüvə anlaşmasından çıxması və İrana qarşı sanksiyaların geriyə qaytarılmasına təkidi daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənibdir.

Şərh yaz


Məxfi kod
Yenilə