Cümə axşamı, 21 June 2018 10:58

İran terrorçu munafiqlər qruplaşmasının Fransadakı fəaliyyətinə etiraz edib

İran terrorçu munafiqlər qruplaşmasının Fransadakı fəaliyyətinə etiraz edib
  • İran terrorçu munafiqlər qruplaşmasının Fransadakı fəaliyyətinə etiraz edib

İranın xarici işlər nazirinin siyasi müavini terrorçu münafiqlər qruplaşmasının Fransadakı fəaliyyətinə etiraz edib.

Seyid Abbas İraqçı bu gün Tehranda İran ilə Fransa arasında danışıqların 5-ci kursunda Frandanın Avropa və xarici işlər nazirliyinin baş katibi Qordo Montain ilə görüşündə terrorçu münafiqlər qruplaşmasının Fransadakı fəaliyyətinə son qoyulmasını istəyib. 

Görüşdə Qordo Montain da deyib: Fransa terrorçu fəaliyyət keçmişi olan qrupların fəaliyyətlərinə tam diqqətlə nəzarət edir. 

Abbas İraqçi və Qordo Montainın başçılığı ilə Tehranda keçirilən İran-Fransa siyasi danışıqlarının 5-ci mərhələsində tərəflər nüvə sazişinin qorunub saxlanılmaısna, bütün tərəflərin onun icrasına sadiq qalmalarına eləcə də qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkid ediblər. 

Bu müzakirələrdə İran və Fransa regional və beynəlxalq prosseslər barədə fikir mübadiləsi apararaq mövcud böhranlar və münaqişələrin son durumunu araşdırıblar və böhranların o sıradan Yəmən müharibəsinin siyasi həlli prossesinin sürətləndirilməsini vacib adlandırıblar. 

Müzakirələrin digər mövzusu təkfirçi-terrorçu qruplarla mübarizədən ibarət olub. 

İran ilə Fransa arasında siyasi müzakirələrin 4-cü mərhələsi ötən il dekabrda Parisdə keçirilmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə