Çərşənbə, 20 June 2018 15:52

İranda 950 min şagird Quran hafizidir

İranda 950 min şagird Quran hafizidir

İran təhsil və tədris nazirinin müavini Mikayıl Baqiri məktəblərdə Quran tədrisi ilə bağlı verdiyi açıqlamasında, bu şagirdlərə yarım cüzdən Quranın tamamilə hifz edilməsinə qədər proqramların mövcud olduğunu deyib.

 Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, bu il məktəblərdə 4.5 milyon tələbənin Quran, İtrət (ə) və namaz müsabiqələrinə qatıldıqlarını bildiriən Baqiri, bu yüksək rəqəmin tələbələrin mənəvi və ilahi anlayışlara olan marağını göstərdiyini söyləyib.

 “Nazirlik Quran anlayışlarının tələbələrə uyğun şəkildə öyrədilərək, bunların yaxşı bir şəkildə dərk edilməsini təmin etməyin üzərində çalışır”, - deyən Baqiri, hazırda İran miqyasında 950 min şagirdin Quran hafizi olduğunu bildirib.

 

Şərh yaz


Məxfi kod
Yenilə