Cümə axşamı, 14 June 2018 14:16

İmamcümə Təbriz Radiosuna təşrif buyurdu

İmamcümə Təbriz Radiosuna təşrif buyurdu

Təbriz Radiosu və dinləyicilərinin mübarək Ramazan ayinin 29-cu obasdanlığında çox əziz və möhtərəm bir qonağı olmuşdur: Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi və Təbrizin imamcüməsi Höcəttül-İslam vəlmüslimin doktor Seyyid Məhəmməd Əli Ali-Haşim.

Həzrətləri bugün(14 iyun )səhər İran vaxtı ilə saat 5-də Təbriz Radiosunun xarici verilişləri redaksiyasinin studiosunda hazır olub,bir saat yarım müdətində Azərbaycan Respublikasından dinləyicilərlə həmsöhbət oldular.Onları dinləyib,sorğularına cavab verdilər.Azərbaycan Respublikasından,Türkiyədən və Rusiyadan olan dinləyicilərimiz qısa messajlar göndərməklə həzrətlərini öz ölkələrinə dəvət etdilər.

Xatırladaq ki,bu əziz qonağa ev sahibliyi etmək şərəfinə nail olan Şərqi Azərbaycan vilayətinin teleradio təşkilatının baş müdiri Seyyid Möhsun Lətifi, Təbriz Radiosunun xarici verilişləri redaksiyasinin müdiri Mehdi Nəlbəndi və Radionun personelindən bir iddəsi də Təbrizin sevimli və alim imamcüməsinin bu səmim görüşündə iştirak etmişdilər.

Bu görüşlə bağlı fotoşəkillər:  

Şərh yaz


Məxfi kod
Yenilə