Cümə, 08 June 2018 11:13

İranda Ümumdünya Qüds Günü yürüşü başlanıb+Foto

İranda Ümumdünya Qüds Günü yürüşü başlanıb+Foto

Ümumdünya Qüds Günü yürüşü "Ümumdünya Qüds Günü; Müqavimət Cəbhəsinin qələbəsi, amerikalı-sionist məkrli planın məğlubiyyəti, Qayıdış üçün Fələstin xalqının iradəsi" şüarı ilə İslami İranda başlayıb.

İslami İran xalqı bu gün mübarək Ramazan ayının son cüməsi ilə bir gündə 900-dən çox şəhərdə Ümumdünya Qüds Günü yürüşündə öz qəhrəmancasına iştirakı ilə Qüds-Şərifin azadlığına dəstəyi elan edir, "ABŞ-a ölüm!", "İsrailə ölüm!", "Beynəlxalq imperializm və sionizmə ölüm!" şüarları səsləndirir, bir daha uşaq qatili sionist rejimin cinayətlərinə öz nifrətini bəyan edir. 

Builki Ümumdünya Qüds Günü elə bir şəraitdə keçirilir ki, ABŞ, sionistlər və onların regional himayədarlarının yetişdirdiyi terrorçular məğlubiyyətə uğrayıb və onların regiondakı bazaları məhv olub. 

5 min 300 yerli və xarici jurnalist bu il İranda Ümumdünya Qüds Günü yürüşünü işıqlandırır. Belə ki, qeyri-qanuni rejimin təsis olunmasının 70 illiyində ABŞ səfirliyinin Qüds-Şərifə köçürülməsinə qəzəbini əks etdirmiş olsunlar. 

Ümumdünya Qüds Günü yürüşünün sonunda iştirakçılar qətnamə qəbul edərək bir daha sionist rejim, İŞİD terror qruplaşması, ABŞ başda olmaqla himayədarlarının cinayətlərini pisləyir və məzlum Fələstin xalqının müqavimətinə dəstəyini elan edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə