Çərşənbə axşamı, 29 May 2018 09:03

İnqilab Rəhbəri gənclər və universitetlilərin İslam İnqilabının hədəflərinə çatmaq yolunda səy göstərmələrini istəyiblər

İnqilab Rəhbəri gənclər və universitetlilərin İslam İnqilabının hədəflərinə çatmaq yolunda səy göstərmələrini istəyiblər

İslam İnqilabının Böyük Rəhbəri bir qrup tələbə ilə görüşdə gənclik ruhiyyəsini, təsir gücünə malik olmaq hissini, tələbə cərəyanlarının imana və idealizmə söykənən düşüncələrini habelə, tələbkar ruhiyyəsini gələcəyə ümidin və İranın inkişafının mayası adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi axşam yüzlərlə tələbə ilə baş tutan səmimi görüşdə gənclik ruhiyyəsini, təsir gücünə malik olmaq hissini, tələbə cərəyanlarının imana və idealizmə söykənən düşüncələrini habelə, tələbkar ruhiyyəsini gələcəyə ümidin və İranın inkişafının mayası adlandırıb və deyiblər: Ölkənin potensiallarını və mövcud imkanlarını nəzərə alaraq, hədəf və məqsədlərə doğru hərəkəti daha güclü formada davam etdirmək lazımdır. 

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, görüşün əvvəlində tələbələr tərəfindən ölkənin müxtəlif məsələləri barəsində səsləndirilən fikirləri səmərəli adlandıraraq, deyiblər: Bu iclasın ən önəmli nəticəsi müxtəlif baxışlara malik olan tələbələr arasında məqsədyönlü bir hərəkət ruhiyyəsinin olması idi. Və bu real atmosfer düşmənlər və əcnəbilərin habelə, bəzi yerli ünsürlərin universitetlərdə məyusluq və ümidsizliyin hökm sürdüyünə dair iddialarının tam əksidir.

Həzrət Ayətullahülüzma Xamenei müxtəlif qrumlar o cümlədən Radio və Televiziya Təşkilatındakı nöqsanların və problemlərin həll yolunu gənc, aktiv, enerjili və mömin kadrların bu qrumlarda işə alınması adlandırıblar. 

O həzrət İslam Quruluşunun irəliyə doğru hərkət etməkdə olmasına təkid edib və deyiblər: Daha yaxşı bir gələcək gənclərə aiddir. Amma, bunun üçün doğru yolda qalmaq və yrulmadan, davamlı olaraq səy göstərmək lazımdır. 

Həzrət Ayətullahülüzma Xamenei milli özünəinamı, siyasi, iqtisadi və mədəni müstəqilliyi habelə, sözdə və əməldə azadlıqların təmin edilməsini İslam Quruluşunun digər hədəflərindən adlandırıb və deyiblər: Azadlıq olmazsa, mənəvi inkişaf və ictimai irəliləyiş də baş verməz. Amma, bu azadlığın özü də qanuna və çərçivəyə ehtiyaclıdır. Əks təqdirdə laqeydlilik yaradar. 

İnqilab Rəhbəri İslami İranın elm və texnologiyalar sahəsindəki real inkişafına işrə edərək, bu uğurların əldə edilməsində gənclərin roluna təkid edib və deyiblər: Bütün bu nailiyyətlərə baxmayaraq, əldə etdiklərimizlə kifayətlənməməli, bu iftixarlı yolu daha sürətlə və daha böyük güc ilə davam etdirməliyik. 

Şərh yaz


Məxfi kod
Yenilə