Cümə axşamı, 17 May 2018 21:28

İnqilab Rəhbəri: "Qüds Fələstinin paytaxtıdır"

İnqilab Rəhbəri: "Qüds Fələstinin paytaxtıdır"

İslam İnqilabinin böyük rəhbəri Hz.Ayətullahül-üzma Xamenei bəyan edib ki, Fələstin Allahın lütfü ilə düşmənlərin caynaqlarından azad olacaq və Qüdsün Fələstinin paytaxtı olması həqiqətini heç kəs aradan apara bilməyəcək.

 "PressTV"nin xəbərə görə, bu barədə İslam İnqilabinin Böyük Rəhbəri bu gün Quran qariləri ilə keçirdiyi görüşdə bəyan edib.

"Fələstin Allahın lütfü və inaəti ilə düşmənin caynağından azad olacaq. Beytül-Müqəddəs (Qüds) Fələstinin paytaxtıdır və Fələstinlə bağlı İlahi həqiqət və sünnətin müqabilində Amerika və onun əlaltıları heç bir qələt edə bilməyəcəklər", - deyə Ayətullah Xamenei bildirib.

Böyük Rəhbəri həmçinin sionist rejimin Qəzzada törətdiyi qətliamı da kəskin pisləyib. "Bu vəziyyət qarşısında bəziləri şikayətlənirlər ki, ABŞ niyə bu cinayətlərə qarşı mövqe sərgiləmir. Mövqeyi müsəlman ölkələri, İslam ümməti ortaya qoymalıdır. Amerika İsrail rejiminin bu cinayətlərinə şərikdir. Bir çox Qərb hökumətləri sionist rejimlə bu cinayətlərdə şərikdir", - deyə Ayətullah Xamenei vurğulayıb.

Hz.Ayətullahül-üzma Xamenei həmçinin bəzi İslam ölkələrinin bu vəziyyət qarşısında sükut etmələrini də tənqid edib."Qurani Kərim təlimi bizlərə İslam düşmənləri qarşısında əyilməz olmağı, öz aramızda mehriban olmağı öyrədir. Lakin, Qurandan uzaq düşməyin nəticəsində bu gün bizlər müsəlmanlar arasında parçalanmaların, müharibələrin, düşmənlərə tabe olmağın şahidi oluruq", - deyə ali dini lider əlavə edib.

Şərh yaz


Məxfi kod
Yenilə