Cümə axşamı, 17 May 2018 21:02

Quterres: “BMT Təhlükəsizlik Şurasında İrana dair sanksiya qərarı gözləmirəm”

Quterres: “BMT Təhlükəsizlik Şurasında İrana dair sanksiya qərarı gözləmirəm”

BMT-nin baş katibi Antonio Quteress ABŞ-ın İran müqaviləsindən çıxması haqqında danışıb. İRNA

Quterres Avropa Komissiyasının prezidenti Jan Klod Yunker ilə keçirdiyi birgə iclasda İranın nüvə müqaviləsini xilas etmək üçün səylərin müvəffəqiyyətli olacağına inandığını deyib.

BMT-nin baş katibi BMT Təhlükəsizlik Şurasında İrana dair yeni sanksiyaların təqdim olunmasını gözləmədiyini də bildirib.

 “Mən ölkələrin nə edəcəyini proqnozlaşdıra bilmirəm, amma bu mövzuda bir addım gözləmirəm”, - deyə Quterres bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə