Çərşənbə, 25 Aprel 2018 14:17

BMT-nin baş katibi İranla imzalanan nüvə sazişini dəstəkləyir

BMT-nin baş katibi İranla imzalanan nüvə sazişini dəstəkləyir

BMT-nin baş katibi Antonio Quterres İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə keçirdiyi görüşdə Əhatəli Birgə Fəaliyyət Planına (JCPOA) dəstəyini bildirərək, bütün tərəflərdən öhdəliklərinə sadiq qalmalarını istəyib.İRNA

M.C.Zərif və Quterres görüşdə Suriya və Yəmən başda olmaqla regiondakı vəziyyəti müzakirə ediblər və BMT-nin regionda sülh və sabitliyin yenidən müzakirə yolu ilə bərpasına təkid ediblər.

BMT-nin baş assambleyasında təşkil olunacaq “Uzunmüddətli sülh” adlı konfrans üçün Nyu Yorkda olan M.C.Zərif, Belçika, Norveç, İsveç, Almaniya və Polşa xarici işlər nazirləri ilə də Nyu Yorkda görüşüb.

Şərh yaz


Məxfi kod
Yenilə