Bazar ertəsi, 16 Aprel 2018 19:36

İran XİN: “Suriya xalqı və hökumətinin İsrail rejiminə cavab vermək haqqı var”

İran XİN: “Suriya xalqı və hökumətinin İsrail rejiminə cavab vermək haqqı var”

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumunun yersiz, səhv, müharibə tərəfdarı və bütün beynəlxalq qaydalara zidd olduğunu deyib.İRNA

Bəhram Qasımi mətbuat konfransında, ABŞ-ın Suriyaya hücum məqsədlərindən birinin İran, Türkiyə və Rusiya olmaqla Astana prosesi təminatçılarının arasını vurmaq olduğunu bildirib. Bunun xam və batil bir xəyaldan ibarət olduğunu deyən B.Qasımi, İran, Rusiya və Türkiyənin fikir ayrılıqlarına baxmayaraq, var gücləri ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlığa davam etdiklərini qeyd edib.

B.Qasımi Türkiyənin Suriyaya təşkil olunan hücumu dəstəkləməsi haqqında verilən suala isə belə cavab verib: “Üç ölkə bəzi məsələlərdə olan narazılıqlarına baxmayaraq, Suriya məsələsində əməkdaşlıq edirlər və bu üç ölkə var gücləri ilə Astana prosesini qısqananlara rəğmən əməkdaşlığa davam edəcəklər. Peyğəmbərin (s) Məbəs günündə ABŞ və iki müttəfiqinin Suriyaya qarşı hücumunu bəzi ölkələrin dəstəkləməsinə görə təəssüf edirik və bu xoş bir şey olmadı”.

B.Qasımi sionist İsrail rejiminin Suriyaya hücumu haqqında isə bunları deyib: “Suriya xalqı və hökumətinin siyonst rejimin hücumlarına cavab vermək və lazım olan reaksiyanı göstərmək haqqı var”.

Sözçü mətbuat konfransında İran və Böyük Britaniya xarici işlər nazirləri arasında baş tutan telefon danışığına da toxunub: “Görüşdə Suriya və bölgə məsələləri müzakirə olunduğu və İranın Suriyaya hücum edən 3 ölkəyə etirazı ən şiddətli şəkildə bildirildi və bu cinayətə təşəbbüsün bütün beynəlxalq normalar və konvensiyalara zidd olduğu çatdırıldı”.

B.Qasımi ABŞ və müttəfiqlərinin Suriyaya təcavüzünün İranın siyasəti üzərində heç bir təsiri olmayacağını vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə