Bazar ertəsi, 09 Aprel 2018 15:24

Ruhani: Nüvə anlaşmasının uğursuz qalması ilə əhd pozanlar bir həftədən tez onun nəticələrini görəcəklər

Ruhani: Nüvə anlaşmasının uğursuz qalması ilə əhd pozanlar bir həftədən tez onun nəticələrini görəcəklər

İran İslam Respublikası prezidenti bildirib ki, nüvə anlaşmasının pozulmasının xərcini əhd pozanlar ödəməlidirlər. O, vurğulayıb: Tehran hər bir şəraitə hazırdır və nüvə anlaşmasının uğursuz qalması ilə əhd pozanlar peşman olacaq və bir həftədən tez bir müddətə onun nəticələrini görəcəklər.

Həsən Ruhani bu gün milli nüvə texnologiyası gününün 12-ci ildönümü mərasimində bu günü təbrik edib. O, İranın nüvə şəhidlərinin xatirələrini anaraq, deyib: Düşmənlər istəyirlər ki, İran öz maraqlarına göz yumsun, amma İran İslam Respublikası heç vaxt bədxahların və başqalarının razı qalmaları fikrində deyil.

Ruhani bildirib ki, iranlı fədakar gənclər və alimlər elmi-tədqiqat mərkəzlərində böyük nailiyyətlər əldə ediblər. O, əlavə edib: İran nüvə anlaşmasının əldə olunmasından ötən iki ildə nüvə sahəsində 130-dan çox mühüm nailiyyət əldə edib.

İran İslam Respublikası prezidenti vurğulayıb ki, nüvə anlaşması hərəkəti yavaşıtmır. O, deyib: İran nüvə anlaşması vasitəsilə başqaları ilə həmkarlıq imkanından da istifadə edə bilibdir və bu gün bir çox layihələrdə bəzi Avropa ölkələri, Rusiya və Çin ilə yaxşı əməkdaşlıqlara malikdir.

Ruhani bildirib ki, nüvə tədqiqatı yolu daha artıq sürətlə davam edəcək və İran bu yolda heç kəsdən icazə almayacaq. O, deyib: Nüvə anlaşmasından sonra ilk dəfə olaraq, İran nüvə ticarətində qərar tapıb və təqribən 400 ton sarı keksi xaricdən idxal etməklə bərabər, müəyyən miqdarda zənginləşdirilmiş maddəni də satıbdır.

İran İslam Respublikası prezidenti həmçinin bildirib ki, İran hərbi, müdafiə, iqtisadi və mədəni qüdrəti eyni vaxtda və region və dünyada qanuni qüdrət üçün istəyir. O, belə qeyd edib: İran ötən illər ərzində bədxahların regionda terrorizmdən bir vasitə kimi istifadə etmək üzrə planını məğlubiyyətə uğradıbdır.

Ruhani vurğulayıb: İranın silahı müdafiə xarakterli olaraq, regionda sülhə bir zamindir və İran İslam Respublikası öz xalqını müdafiə etmək üçün lazım olan hər bir silahı düzəldəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə