Bazar ertəsi, 09 Aprel 2018 12:55

Ruhaninin iştirakı ilə 83 nüvə nailiyyəti təqdim olunub

Ruhaninin iştirakı ilə 83 nüvə nailiyyəti təqdim olunub

Bu gün səhər İran İslam Respublikası prezidentinin iştirakı ilə İranın nüvə sənayesinin müxtəlif bölmələri üzrə 83 nailiyyət təqdi olunub.

İranın nüvə alimlərinin iftixarlı səylərini yüksək qiymətləndirmək və nüvə yanacağı dövriyyəsini təkmilləşdirmək məqsədilə aprelin doqquzu, İranda "milli nüvə texnologiyası günü" adlandırılıbdır.

"Milli nüvə texnologiyası günü"nün on ikinci ildönümü mərasimi Həsən Ruhaninin, bir qrup nazirin, İran İslam Şurası Məclisinin üzvlərindən bir qrupunun, həmçinin digər ölkələrin nümayəndələrinin iştirakı ilə Tehranda İslam ölkələri başçılarının sammit zalında açılıb.

İran İslam Respublikasının prezidenti bu mərasimin əvvəlində İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin iştirakı ilə nüvə nailiyyətləri sərgisindən baxış keçirib və nüvə sənayesi mütəxəssisləri, müdirləri və mühəndislərinin izahatları ilə iranlı alimlərin nüvə enerjisinin müxtəlif sahələrindəki son nailiyyətlərindən xəbərdar olub.

Bu naliyyətlər su, səhiyyə, müalicə və elektrik stansiyası üzrə elm axını, radio-dərman və sentrifuqalar daxil olmaqla müxtəlif sahələrə aiddir.

Şərh yaz


Məxfi kod
Yenilə