Çərşənbə axşamı, 13 Mart 2018 16:45

General Hatəmi İranın müdafiə və önləyici qüdrətinin gücləndirilməsini vurğulayıb

General Hatəmi İranın müdafiə və önləyici qüdrətinin gücləndirilməsini vurğulayıb

İranın müdafiə naziri İran İslam Respublikasının müdafiə və önləyici qüdrətinin gücləndirilməsini vurğulayıb.

General-mayor Əmir Hatəmi bu gün Hollandiyanın Tehrandakı səfiri xanım Susanna Terstal ilə görüşdə regionun qarışıq və səbatsız durumuna işarə edərək, deyib: Bu səbatsızlığın bir hissəsi regiondaxili şəraitə, digər bir hissəsi isə regiondan kənar şəraitə və kənar qüdrətlərin müdaxilələrinə görədir.

General Hatəmi bildirib ki, regional böhranlar xarici qüvvələrin müdaxilə və işğalçılıqları, həmçinin ikili rəftarları ilə yaranıbdır. O, əlavə edib: Amerikalıların İŞİD terror qrupunu təşkil etdiklərini və bu cinayətkar qrupu idarə edərək, regionun şərqinə köçürdüklərini etiraf etmələri, həmçinin terror qruplarına dəstək üçün Amerika tərəfindən 550 milyon dolların ayrılması və bu qrupların fəal şəkildə saxlanılması əmin-amansızlığın davam etməsi istiqamətində Vaşinqtonun regiondakı ciddi müdaxiləsinin nişanəsidir.

Şərh yaz


Məxfi kod
Yenilə