Şənbə, 03 Mart 2018 23:52

Birinci beynəlxalq Ərbeyin festivalının bağlanış mərasimi keçirildi+Foto

Birinci beynəlxalq Ərbeyin festivalının bağlanış mərasimi keçirildi+Foto

İRİB sərhədlər aşıri verilişlər redaksiyası Təbriz radiosunun təşkilatçılığı ilə 1439-cu h.q ilinin məhərrəm ayından başlanmış birinci beynəlxalq Ərbeyin festivalının bağlanış mərasimi cüməaxşamı günü 2 mart 2018 tarixində Təbrizin Qüds adlı kinozalında festival qaliblərinin tanitdirilmasi ilə keçirildi.

Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi ,Təbrizin imamcüməsi doktor Ali-Haşim,İslami şura məclisində Təbriz,Üsgü və Azərşəhrin nümayəndəsi Dr.Fərhəngi,İRİB Mərkəzi Asiya və Qafqaz idarəsinin rəhbəri Səid Təhami,Təbrizin tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi və digər vilayət rəsmilərinin və həm də Azərbaycan Respublikasından,Türkiyədən festival qaliblərinin iştirak etdikləri bu mərasimdə festivalin katibi və İRİB sərhədlər aşıri verilişlər redaksiyası Təbriz radiosunun azəri bölümünün müdiri Mehdi Nəlbəndi festivalın keçirilməsi və məqsədləri barədə çıxış etdi.O,festivalın bu kimi geniş qarşılacağını və müxtəlif ölkələrdən dinləyicilərin ona qatılmaları səviyyəsinin gözlənilməz olduğunu vurğulayaraq ,festivalın şeir,radio-padcast və dini nəğmələrdən ibarət üç bölümdə keçirildiyini bildirdi.

Festivalın elmi katibi Nəlbəndinin dediyinə görə ilkin seçimdə təqribən 50 əsər 9 daxili və 3 xarici hakimin vasitəsi ilə dəyərləndirilib və bunlardan 11-i təqdirə layiq göründü.

Onun dediyinə ğörə İrandan əlavə Azərbaycan Respublikasından,Rusiya Federasiyasından,Gürcüstandan,Türkiyədən və digər ölkələrdən əsərlər birinci beynəlxalq Ərbeyin festivalının katibliyinə ğöndirlmişdir.

Mərsimin davamında Təbrizin tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi çıxış edib,festivalın keçirilməsində əməyi keçənlərə təşəkkür edərək ,bu festivalın gələn il də keçiriləcəyindən xəbər verdi.

Daha sonra Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi ,Təbrizin imamcüməsi doktor Ali-Haşim çıxışında İRİB-i İslam quruluşunun aynası bildirib,quruluş nailiyyətlərinin göstərilməsində bu təşkilatın özəlliklə də Təbriz Radiosunun mühüm və aparıcı rolunu təmcid etdi.

Birinci beynəlxalq Ərbeyin festivalının bağlanış mərasiminin sonunda qaliblər təqdim olundular:

Şeir bölümündə

Birinci yerdə:Zəhra Keran(Türkiyə)

İkinci yerdə:Mehrəli Asim(Azərbaycan Respublikas)

Üçüncü yerdə:Cəfər Purrəzəvi(İran İslam Respublikası)

Yuri heyəti həmin bölümdə Almaniyadan Arzu Çətinkayanı təqdirə layiq görmüşdür.

Radio-Padcast bölümündə

Birinci yerdə :Gülbala Fənayi(Azərbaycan Respublikası)

İkinci yerdə:Mustafa Doğan(Türkiyə)

Üçüncü yerdə:Kazım Qasimi (İran İslam Respublikası)

Yuri heyəti həmin bölümdə İİR-dan Mehdi Simsarini təqdirə layiq görmüşdür.

Dini Nəğmələr bölümündə

Birinci yerdə :Hacı Yaşar Cahid(Azərbaycan Respublikas)

İkinci yerdə:Mehdi Fərc (Azərbaycan Respublikası)

Üçüncü yerdə:Əli Kaçan(Türkiyə)

Şərh yaz


Məxfi kod
Yenilə