Çərşənbə, 14 Fevral 2018 14:21

İraqçı və Ryabkov Tehranda görüşüblər

İraqçı və Ryabkov Tehranda görüşüblər

İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Abbas İraqçı və Sergey Ryabkov ikitərəfli əlaqələr və nüvə anlaşması ətrafında cərəyan edən son olayları müzakirə ediblər.

Abbas İraqçı çərşənbə günü Tehranda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşün kənarında jurnalistlərə verdiyi açıqlamada nüvə anlaşmasının icra prosesi və ABŞ rəsmilərinin bu xüsusda səsləndirdikləri fikirlər barədə deyib: Başqalarının ABŞ ilə anlaşmasının İran üçün heç bir əhəmiyyəti yoxdur. İranın mövqeyi nüvə anlaşmasının, ona heç bir dəyişiklik edilmədən, icra olunmasıdır.

İran xarici işlər nazirinin müavini əlavə edib: Nüvə anlaşması ilə bağlı yenidən müzakirə imkanının olmadığını vurğulayıb və deyib: İran, Rusiya, Çin və 3 Avropa ölkəsi bu xüsusda eyni mövqeyə malikdirlər.

İraqçı əlavə edib: Yenidən müzakirə aparmaq, nüvə anlaşmasına dəyişiklik və ya ona hansısa əlavələr etmək, nə adı altında olursa olsun, imkansızdır.

Abbas İraqçı nüvə anlaşmasının onu imzalayan bütün ölkələr üçün beynəlxalq öhdəlik sayıldığını deyərək, bu öhdəliyiin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilərək, beynəlxalq bir öhdəliyə çevrildiyini bildirib.

İran xarici işlər nazirinin müavini Rusiya xarici işlər nazirinin müavini ilə müzakirələrinin mövzusu haqda isə deyib: Rusiya nüvə anlaşmasının ciddi müdafiəçilərindəndir. Rusiya nüvə müzakirələri boyunca və daha sonra, nüvə anlaşmasının icrası mərhələsində böyük dəstəyə malik olub. Ümidvarıq iki ölkə arasındakı məsləhətləşmələr yolu ilə müxtəlif məsələlərlə bağlı İran və Rusiyanın maraqlarını təmin edə bilək.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran və Rusiya arasındakı davamlı müzakirələr çərçivəsində Tehrana səfər edib.

Şərh yaz


Məxfi kod
Yenilə