Bazar, 04 Fevral 2018 14:29

Ruhani: İslam İnqilabı region və dünya xalqlarının tarixində misilsiz hadisədir

Ruhani: İslam İnqilabı region və dünya xalqlarının tarixində misilsiz hadisədir

İran İslam Respublikası prezidenti Fəcr Ongünlüyü və İslam İnqilabının qələbəsinin ildönümü münasibəti ilə təbrik edərək deyib: İran İslam İnqilabı çox önəmli məsələdir, bəlkə də region və dünya xalqlarının tarixində misilszidir.

Həsən Ruhani bazar günü Tehranda  İranın on vilayətində 10 mədəniyyət mərkəzi və müqəddəs müdafiə muzeyinin eyni vaxtda istifadəyə verilməsi mərasimində deyib: İran xalqı heç bir qüdrət və xarici ölkənin köməyi olmadan, xalqın fədakarlığı, birliyi və haqlı tələblərinə arxalanaraq İran İslam İnqilabı və Müqəddəs Müdafiə dövrünü qələbəyə çatdırdı.

İran prezidenti bildirib: Müqəddəs Müdafiə dövrü təkcə təcavüzkar rejim qarşısında deyil, bütün dünya qüdrətləri qarşısında bir xalqın şücaətli müdafiəsi idi.

Ruhani milli şərəf və İranın istiqlaliyyətinin müdafiəsini hamının vəzifəsi adlandırıb və bildirib: İran sülhün tərəfdarıdır və öz müdafiə qüdrəti üçün heç bir qüdrətlə müzakirə və razılaşmaya ehtiyaclı deyil.

Prezident deyib: İran ölkənin müdafiəsi üçün ehtiyac olan hər növ silahı qanunlar və İslam İnqilabının Böyük Rəhbərinin fitvaları çərçivəsində hazırlayır. Lakin kütləvi qırğın silahları ardınca deyil.

Şərh yaz


Məxfi kod
Yenilə