Çərşənbə axşamı, 23 Yanvar 2018 14:14

Sabah Sançi və Kristal-ın qara qutuları açılacaq

Sabah Sançi və Kristal-ın qara qutuları açılacaq

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini deyib ki, maksimum sabahadək Sançi tankeri və Kristal balkerinin qara qutuları və şifrələrinin açılması başlanacaq.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Həqşenas Fars xəbər agentliyi ilə müsahibədə Sançi tankerinin qara qutusu və  şifrəsinin açılması üzrə hazırlıq iclaslarının son detalları ilə bağlı deyib ki, Sançi tankerinin qara qutusunun açılması üzrə müzakirə davam edir.

Həqşenas qara qutunun açılmasının konkret prosesə malik olduğunu bildirərək, deyib ki, qara qutunun içindəki informasiyalar kodlaşdırılmış formadadır və onlar səsə çevrilməlidir ki, bunun özü vaxt tələb edən bir prosesdir.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini sonra deyib: Sançi tankerini düzəltmiş zavodun nümayəndəsi, tankerin qeydə alındığı ölkənin, yəni Panamanın nümayəndəsi, hadisənin baş verdiyi ölkə olan Çinin nümayəndəsi, yükün aid olduğu ölkənin- Cənubi Koreyanın nümayəndəsi, həmçinin tankerin ekipaj üzvlərinin vətəndaşlıqlarını daşıdıqları İran və Banqladeşin nümayəndələri qara qutunun açılması və şifrənin oxunması iclaslarında iştirak edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə