Çərşənbə, 17 Yanvar 2018 17:03

Qasemi: İranın raket proqramı müzakirəyə açıq deyil

Qasemi: İranın raket proqramı müzakirəyə açıq deyil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü "Fainenşal Tayms" qəzetinin İranın raket proqramı və regional məsələlərlə bağlı "cidid və sıx müzakirələrə" hazırlığını elan etməsi iddiasını rədd edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bəhram Qasemi "Faynenşal Tayms" qəzetinin İranın raket proqramı ilə bağlı danışıqlar haqdakı iddiasını rədd edib və deyib İran İslam Respublikasının öz raket proqramı ilə bağlı mövqeyi tamamilə aydındır və digər ölkələr də İranın bu mövqeyindən tam agahdırlar.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İranın raket proqramı tamamilə müdafiə xarakteri daşıyır və heç bir ölkəyə qarşı təhdid sayılmır. Heç bir əsası olmayan puç iddiaların irəli sürülməsi isə İranın prinsipial mövqeyinə heç bir dəyişiklik edə bilməz.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikası heç bir ölkəyə öz daxili işlərinə və müdafiə siyasətinə müdaxilə icazəsi verməyəcək.

Qasemi İranın regionda konstruktiv, stabillik yaradan, sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edən bir rola malik olduğunu deyib və əlavə edib: İfratçılar və düşmənlər regionda sülh və sabitliyin möhkəmləndirilməsinə heç bir töhfə verə bilmirlər. Onlar regionda sülh və sabitliyin möhkəmləndirilməsi və terrorizm ilə mübarizədə böyük işlər görmüş İranı görməməzliyə vura, regionu xaosa sürükləyə bilməzlər.

Şərh yaz


Məxfi kod
Yenilə