İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamasına sərt reaksiya verib.
İRNA xəbər verir ki, Zərif Twitter-dən verdiyi açıqlamasında belə deyib: “Nüvə müqaviləsi yenidən müzakirəyə açıq deyil”.
M.C.Zərif, Trampın nüvə müqaviləsinə qarşı siyasətini tənqid edərək, ABŞ-ı nüvə müqaviləsinin şərtlərinə sadiq qalmağa səsləyib.
İranın Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə belə qeyd olunub: “İran nə indi, nə də gələcəkdə müqavilə ilə bağlı heç bir dəyişikliyi qəbul etməyəcək”.
Zərif əlavə edib: “Yaxında ABŞ-a çox ciddi bir cavab veriləcək və bunun səbəbkarı da Amerikadır”.