Şənbə, 13 Yanvar 2018 16:17

İranın mədəniyyət naziri: Dinamik inkişafın kökündə xalqlar arasındakı əlaqələr dayanır

İranın mədəniyyət naziri: Dinamik inkişafın kökündə xalqlar arasındakı əlaqələr dayanır

İranın islami mədəniyyət və irşad naziri xalqlar arasındakı əlaqələrin dinamik inkişafın mənşəyi olduğunu bildirib.

İRİB-iin verdiyi məlumata görə, İranın islami mədəniyyət və irşad naziri Seyid Abbas Salehi bu gün Tehranda birinci beynəlxalq Asiya mədəni dialoq konfransında etdiyi çıxışında dialoqun xalqlar arasında qarşılıqlı anlaşma anmosferini asanlaşdırdığını bildirərək iclasın və onun komissiyalarının nailiyyətlərinin Asiya ölkələri arasında iki və neçə tərəfli əməkdaşlıqların inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. 

Salehi deyib: Beynəlxalq əlaqələrdə tarixi təcrübələr göstərir ki, xalqlar arasında əlaqə inkişaf mənşəyi olub ona görə ki, mədəni əlaqənin məqsədi etimad yaratmaq və müştərək anlaşma formalaşdırmaqdan ibarətdir və bu da bütün tərəflər üçün faydalı olan əməkdaşlıq və ortaqlığa gətirib çıxarır. 

islami mədəniyyət və irşad naziri xalqlar arasında mədəni çərçivədə əlaqələrə təkid edərək deyib: Mədəni əlaqələr nəqədər qarşılıqlı və ortaq şəkildə olarsa bir o qədər uğur ehtimalı artacaqdır. 

Birinci beynəlxalq Asiya mədəni dialoq konfransı bu gün Tehranda 20 Asiya ölkəsindən 70 elm və mədəniyyət xadimlərinin iştirakı ilə öz işinə başlayıb. 

İlk Asiya mədəni dialoq iclası " Asiyanın şərqi", "Hind yarımadası" və " Orta asiya və Qafqaz" adları altında üç əsas komissiyadan ibarət olaraq 3 gün müddətində Asiyanın 20 ölkəsinin nümayəndələrinin iştirakı ilə davam edəcəkdir. 

Komissiyalar Tehran universitetində, Məşhədin Firdövsi universitetində və Mazandaranın Babolsər şəhərində təşkil olunur. 

Şərh yaz


Məxfi kod
Yenilə