Çərşənbə axşamı, 09 Yanvar 2018 16:39

İnqilab Rəhbəri: Amerika, sionistlər və Fars Körfəzindəki bir dövlət İrandakı son hadisələri təşkil ediblər

İnqilab Rəhbəri: Amerika, sionistlər və Fars Körfəzindəki bir dövlət İrandakı son hadisələri təşkil ediblər

İslam İnqilabının Böyük Rəhbəri İrandakı son hadisələrin cəhətlərini bəyan edərək, deyiblər: Dəlillər və sübutlar göstərir ki, bu hadisələr təşkil olunub və onun formalaşmasında bir üçbucaq fəal olubdur.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Qom əhalisindən minlərlə nəfərlə görüşdə düşmənlərin İran xalqının haqlı tələblərindən sui-istifadə etmək üzrə fitnəsinin müxtəlif cəhət və qatlarına toxunaraq, əlavə ediblər: Son hadisələr üçbucağının bir tərəfində, planı cızmış və bir neçə ay plan üzərində işləmiş Amerika və sionistlər durublar. Onların məqsədi bu idi ki, hərəkətlər kiçik şəhərlədən başlayaraq, mərkəzə gəlib çatsın.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Bu üçbucağın ikinci tərəfi, həmin planın xərcini təmin etmiş Fars Körfəzi ətrafındakı varlı dövlətlərdən biri olubdur. Üçüncü tərəfdə də aylarla bundan öncə hazır olmuş qatil münafiqlər təşkilatı ilə bağlı nöyçələr durublar.

Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin medialarındakı bəzi ifadələrə də toxunaraq, əlavə ediblər: Təşkilatçılıq və əməliyyat üçün İranın qonşuluğunda iki komandanlıq mərkəzi yaradılıbmış; bu mərkəzlərin biri, əməliyyatı virtual mühitdə istiqamətləndirmək üçün olub. İkinci mərkəz isə iğtişaşları idarə etmək üçün idi. Hər iki mərkəzə amerikalılar və sionistlər komandanlıq edirdilər; onlar öz qələbələrini də qəti bilirdilər.

İslam İnqilabının Böyük Rəhbəri çağırışlara işarə edərək, belə qeyd ediblər: Bu çağrışlarda "bahalığa-yox!" şüarı irəli sürülmüşdü ki, bir qrup insanı öz ardınca səhnəyə daxil etmək üçün cəzbedici bir şüar idi və məsələnin əvvəlində də bəziləri bu şüarla yanaşı oldular, amma xalq hədəf və şüarların əvəz olduğunu görən kimi, öz sırasını ayırdı.

İslam İnqilabının Böyük Rəhbəri üç əsas cəhəti də Amerikanın hakim dairələrinə xitabən vurğulayıb və belə deyiblər: Birincisi, sizin başınız son hadisələrdə daşa dəydi və əgər gələcəkdə təkrar etsəniz, yenə də nakam qalacaqsınız; ikincisi, bu bir neçə gündə İrana xəsarət vurdunuz və bu hərəkət qisassız qalmayacaq. Üçüncüsü, bu nümayişkaranə oyunbazlıqlar cavabsız qalmayacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei daha sonra vurğulayıblar: Xalqın xalqa qarşı çıxanlarla mübarizəsi, İranın İrana qarşı çıxanlarla mübarizəsi, İslamın İslama qarşı çıxanlarla mübarizəsi ötən qırx ildə olduğu kimi davam edəcək, amma düşmənin küdurəti məsul şəxslərin xalqın, xüsusən zəif təbəqələrin çətinlik və problemlərindən qəflətə qapılmalarına səbəb olmamalıdır.

 

Şərh yaz


Məxfi kod
Yenilə