Şənbə, 06 Yanvar 2018 11:52

Zərif: BMT TŞ-nin İran barədəki iclası Tramp dövlətinin digər bir axmaqcasına səhvi idi

Zərif: BMT TŞ-nin İran barədəki iclası Tramp dövlətinin digər bir axmaqcasına səhvi idi

İran İslam Respublikasının xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının İran barədə iclasının keçirilməsini Tramp dövlətinin digər bir biabırçılığı adlandırıb.

BMT-nin Təhlükəsizlik Şurası dünən gecə ABŞ-ın təzyiqi ilə İrandakı son hadisələri araşdırmaq üçün iclas keçirib.

Bu iclasda BMT Təhlükəsizlik Şurasının əksər üzvləri ABŞ-ın qarşısında dayandı və icazə vermədi ki, Vaşiqton bu fürsətdən İrandakı iğtişaşçıları himayə etmək daxil olmaqla öz hədəflərinə çatmaq üçün istifadə etsin.

Ölkəsi BMT Təhlükəsizlik Şurasının dövri sədri olan Qazaxıstanın nümayəndəsi Qeyrət Əmrov bu iclasın yekununda İrandakı son iğtişaşların regional və ya beynəlxalq təhlükəsizliyə heç bir dəxlinin olmadığını bildiərərək, deyib ki, bu məsələyə baxmaq BMT Təhlükəsizlik Şurasının hüdudlarında deyildir.

IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif həmin iclasdan sonra bu gün səhər tezdən twitter-də yazıb: BMT Təhlükəsizlik Şurası Amerikanın onun ixtiyarlarını ələ keçirmək üzrə kor-koranə səyini rədd etdi. Bu da Tramp dövləti üçün xarici siyasət sahəsində daha bir siyasi biabırçılıq.

Ötən günlərdə bir qrup şəxs İranın bir neçə şəhərində aksiyalar keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətlərinin aydınlaşmaması, bəzi əmtəə mallarının bahalığı və dövlətin nəzarət zəifliyinə etiraz etdi ki, bu aksiyaların bəziləri opportunistlər və iğtişaşçılar tərəfindən çaxnaşmaya çevrildi.

Amerika, sionist rejim, səud rejimi və əcnəbi mediaların başçıları bu xalq toplantılarından sui-istifadə edərək, həmin toplantıları çaxnaşmanın yaradılması istiqamətinə yönəltməyə can atdılar.

İran xalqı çərşənbə günündən ölkənin müxtəlif şəhərlərində könüllü və geniş aksiyalar keçirərək, ictimai əmlakın dağıdılmasında iğtişaşçıların opportunizmi və düşmənlərin yeni fitnəsinə qarşı öz hiddət və nifrətini ifadə etdi.

Şərh yaz


Məxfi kod
Yenilə