Cümə, 05 Yanvar 2018 19:56

İran xalqı son iğtişaşları qınadı \ Cümə namazından sonra yürüşlər təşkil edilib+Foto

İran xalqı son iğtişaşları qınadı \ Cümə namazından sonra yürüşlər təşkil edilib+Foto

İran xalqı bu gün cümə namazında iştirak etdikdən sonra müxtəlif şəhərlərdə yürüşlər təşkil edərək, iğtişaşçıların son hərəkətlərinə etiraz edib, fitnə amilləri ilə ciddi rəftarın edilməsini istəyib.

Ötən günlərdə İranın bir neçə şəhərində xalq aksiyalar təşkil etmək və şüarlar verməklə iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat mallarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

ABŞ, İsrail rejimi və Səudiyyə rejimi başçıları habelə, əcnəbi medialar bu etiraz aksiyalaraından sui-istifadə edərək, aksiyaları iğtişaş və xaosa doğru istiqamətləndirməyə çalışıblar. Amma, İran xalqı çərşənbə günündən etibarən müxtəlif şəhərlərdə geniş yürüşlər təşkil edərək, düşmənlər və fürsət ardınca olan iğtişaşçılara qarşı öz qəzəb və nifrətlərini bəyan edir.

İRİB-nin verdiyi məlumata görə, İranın müxtəlif şəhərlərində xalq cümə namazında iştirak etdikdən sonra əlində üzərinə İran İslam Respublikası quruluşunu himayə məqsədli şüarlar  yazılmış plakatlar daşıyaraq, Amerika və müttəfiqlərinin fitnələrinə qarşı mübarizənin aparılmasını vurğulayıb. Yürüş iştirakçıları Amerikaya ölüm, İsrailə ölüm, Ərəbistana ölüm şüarları verib, bu rejimlərin bayraqlarını yandırıblar.

İran xalqı fitnə müqabilində ayıqlıq, bəsirət və milli birliyə təkid edərək, daim şəhidlərin qanını və vilayətin hörmətini qoruyacağını vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə