Cümə, 05 Yanvar 2018 15:31

Tehran əhalisinin böyük yürüşü \ son iğtişaşlar qınağa çəkildi

Tehran əhalisinin böyük yürüşü \ son iğtişaşlar qınağa çəkildi

Tehran əhalisi bu gün cümə namazında iştirak etdikdən sonra yürüş təşkil edərək, ölkədəki son iğtişaşları qınayıb, xalqın fitnə qarşısındakı ayıqlığı, bəsirəti və birliyinə təkid edib.

Ötən günlərdə İranın bir neçə şəhərində xalq aksiyalar təşkil etmək və şüarlar verməklə iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat mallarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

ABŞ, İsrail rejimi və Səudiyyə rejimi başçıları habelə, əcnəbi medialar bu etiraz aksiyalaraından sui-istifadə edərək, aksiyaları iğtişaş və xaosa doğru istiqamətləndirməyə çalışıblar. Amma, İran xalqı çərşənbə günündən etibarən müxtəlif şəhərlərdə geniş yürüşlər təşkil edərək, düşmənlər və fürsət ardınca olan iğtişaşçılara qarşı öz qəzəb və nifrətlərini bəyan edir.

İRİB-nin verdiyi məlumata görə, Tehranın cümə namazı mərasimində iştirak edən şəhər əhalisi istənilən növ iğtişaşı, ümumi əmlaka zərər və ziyanın  yetirilməsini habelə, milli və dini müqəddəslərə hörmətsizliyin edilməsini tənqid edərək, Amerikaya ölüm, İsrailə ölüm, Ali-Səudə ölüm, Münafiqə ölüm şüarları verib.

Tehran əhalisi həmçinin, İranın qeyrətli xalqı və hüquq mühafizə orqanı əməkdaşlarına son fitnə odunun söndürülməsindəki səylərinə görə təşəkkür edib və bildirib: İran xalqı daim İslam İnqilabı, İslam quruluşu və İnqilab Rəhbərinin dayağıdır.

Şərh yaz


Məxfi kod
Yenilə