Cümə axşamı, 04 Yanvar 2018 17:22

İranlılar son hadisələri pisləməyi davam etdirirlər+Foto

İranlılar son hadisələri pisləməyi davam etdirirlər+Foto

Cümə axşamı günü də İslam İnqilabının amallarının dəstəklənməsi, iğtişaşçıların hərəkətləri və ABŞ və sionist rejimin İranın daxili məsələrinə müdaxiləsini pisləmək istiqamətində İran xalqının könüllü yürüşləri keçirilib.

İranın şimal-şərqində Məşhəd əhalisi ABŞ, sionist rejim və Ali-Səud rejiminin dəstəyi ilə İranda iğtişaş yaratmaq üzrə təxribatçıların hərəkətlərinin pislənilməsi istiqamətində yürüş keçirib və "ABŞ-a ölüm!", "İsrailə ölüm!" şüarları səsləndirərək İran İslam Respublikası quruluşuna himayəsini elan edib.

İranın şimal-qərbində Ərdəbil ostanının əhalisi də İslam İnqilabı düşmənləri və iğtişaşçılara nifrəti elan etməklə İran İslam İnqilabına arxa olduğunu bildirib və İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanları yeniləyib.

Urmiyə əhalisi də son iğtişaşlara reaksiyada könüllü şəkildə irimiqyaslı yürüşlər keçirib və bəyanat verib. Bəyanatda İranın bəzi bölgələrindəki son iğtişaşlar pislənilib və bildirilib ki, həmişə şəhidlərin qanını və vilayəti müdafiə edəcək və bədxahların təhrikinə icazə verməyəcəklər.

İranın mərkəzində İsfahan ostanında Nəcəfabad, Xomeynişəhr, Şəhrza, Qolpayqan, Aran və Bidqol şəhərlərinin əhalisi də yürüşlər keçirərək İslam İnqilabının amalları ilə əhd-peymanı yeniləyib və işğtişaşçılar və təxribatçılara öz nifrətlərini bəyan edib.

Bu arada İranın şərqində Cənubi Xorasan ostanında Bircənd əhalisinin müxtəlif kütlələri könüllü şəkildə keçirilən yürüşlərdə iştirak edərək İslam İnqilabının əsil dəyərlərinə sadiq qaldıqlarını bildirib, "ABŞ-a ölüm!", "İsrailə ölüm!", "Ali-Səuda ölüm!" şüarları verərək iğtişaşçıların hərəkətlərini pisləyib və xalqın və rəsmilərin maksimum şəkildə birliyi və ayıq-sayıqlığını vurğulayıblar.

İranın şimalında Çalus, Babol və Neka şəhərlərinin əhalisi də irimiqyaslı yürüş keçirərək beynəlxalq sionizmin istiqamətləndirməsi ilə son fitnə və iğtişaşları pisləyib. Yürüşçülər ictimai asayişi pozan fitnəkar və iğtişaşçıların cəzalandırılmasını istəyiblər.

İran digər şəhərlərinin əhalisi də ötən gün irimiqyaslı yürüş keçirərək düşmənlərin yeni məkrli planı, iğtişaşçıların ictimai əmlaka ciddi ziyan vurmalarına öz nifrətini elan edib.

Son iğtişaşların pislənilməsi istiqamətində İran xalqının könüllü yürüşləri sabah da Tehranda və Tehran ostanının rayonlarında keçiriləcək.

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.

Şərh yaz


Məxfi kod
Yenilə