Cümə axşamı, 04 Yanvar 2018 14:09

Avropanın gözündə İranda həmrəylik yürüşü

Avropanın gözündə İranda həmrəylik yürüşü

Avropanın Kütləvi İnformasiya Vasitələri son iğtişaşların pislənilməsi üzrə İran xalqının yürüşünü əks etdirərək bu könüllü hərəkəti İslam Respublikası quruluşunun ictimai mövqeyi və dəstəyin davam etməsinin nişanəsi adlandırıblar.

Fransa İnformasiya Agentliyi yazıb: On minlərlə iranlı çərşənbə günü İran İslam Respublikası quruluşuna dəstək yürüşündə küçələrə axışdı. 

France 24 televiziyası da bildirib: Minlərlə iranlı müxtəlif şəhərlərdə irimiqyaslı yürüşlərdə iştirak edərək İran İslam Respublikası quruluşunu dəstəkləyib. 

Britaniyanın Dail Express qəzeti də yazıb: İran vətəndaşları on min nəfərlik yürüşlərdə iştirak edərək, rəhbərlərinin şəklini əllərində tutaraq plakatlar daşıyıblar. Plakatlarda belə yazılmışdı: "Fitnəkarlara ölüm!" .

EuroNews televiziyası da Əhvaz, Qorqan, Buşehr, Xürrəmabad, Ərak və Abadan şəhərlərində iğtişaşçıların son hərəkətlərinin pislənilməsi üzrə vətəndaşların yürüşünü əks etdirirb. 

İtaliyanın Dire informasiya agentliyi də "Təhrik bəsdir" devizi altında məqalədə yazıb: İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü qərbi, xüsusilə də ABŞ-ı İrandakı son iğtişaşları qidalandırmaqda suçlayıb. 

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.

İran xalqı çərşənbə günü bəzi şəhərlərdə könüllü yürüşlər təşkil edərək düşmənlərin bu məkrli planını pisləyib. 

Şərh yaz


Məxfi kod
Yenilə