Çərşənbə, 03 Yanvar 2018 21:59

İRİB sərhədləraşırı verilişlər redaksiyasının Təbriz-Azəri Radiosu günü

İRİB sərhədləraşırı verilişlər redaksiyasının Təbriz-Azəri Radiosu günü

Təbriz Radiosu-1989-cu milad ili 1 yanvar tarixində İİR banisi Həzrəti İmam Xomeyni (rh) keçmiş sovet ittifaqının sonuncu rəhbəri Mixayil Qarbaçova tarixi müraciətində bu ittifaqın və kommonizm rejiminin yaxın gələcəkdə dağılacağını proqnoz etdilər,bu hadisə sadəcə 4 il sonra gerçəkləşdi və sovet ittifaqı dağıldı,hazırda 2018-ci ildə o tarixi məktubun yazılmasından 29 il ötür.Bu münasibətlə bugün Şərqi Azərbaycan vilayətinin tele-radio təşkilatının toplantılar zalında təntənəli mərasim təşkil olunaraq bu tarixi gün İRİB sərhədləraşırı verilişlər redaksiyasının Təbriz-Azəri Radiosu günü kimi adlandırıldı.

Vəliyi-Fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi,Təbrizin imam cüməsi Höccətül-İslam vəlmüslimin Seyyid Məhəmməd Əli Ali- Haşimin,ölkə və ostan rəsmiləri və Təbrizin tele-radio təşkilatının rəsmiləri və əməkdaşlarının iştirak etdikləri həmin mərasimdə əvvəlcə İRİB sərhədləraşırı verilişlər redaksiyası mərkəzi Asiya və Qafqaz hövzəsi üzrə baş direktoru Səid Təhaminin toplantiya göndərdiyi müraciəti və təbrik mesajı qiraət olundu.Daha sonra Təbrizin tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi və İRİB sərhədləraşırı verilişlər redaksiyasının Təbriz-Azəri Radiosunun müdiri Mehdi Nəlbəndi etdikləri çıxışlarda İslam inqilabı mesajlarını,dini dəyərlər və gerçəkləri dünya xalqlarına çatdırmaqda sərhədləraşırı verilişlərin mühüm roluna təkid etdilər.

Vəliyi-Fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi,Təbrizin imam cüməsi Höccətül-İsalm vəlmüslimin Seyyid Məhəmməd Əli Ali-Haşim də bu mərasimdə İİR banisi Həzrtəti İmam Xomeyninin (rh) keçmiş sovet ittifaqının sonuncu rəhbəri Mixayil Qarbaçova tarixi məktubunu həzrətlərinin müdrukliyi və öngörənliliyinin göstərici bildirməklə İran xalqının eləcə inqilab və rəhbərlik qayələrinə bağlı qalacağını vurğuladı.

Azərbaycan Respublikası,Rusiya və Özbəkistandan xarici qonaqların iştirak etdikləri həmin mərasimin sonunda İRİB sərhədləraşırı verilişlər redaksiyasının Təbriz-Azəri Radiosu kollektivində çalışan əməkdaşlarını ağırlama mərasimi keçirildi .

Şərh yaz


Məxfi kod
Yenilə