Şənbə, 30 Dekabr 2017 18:26

Qasimi: İran xalqı Amerika rəsmilərinin riyakar şüarlarına etina etmir

Qasimi: İran xalqı Amerika rəsmilərinin riyakar şüarlarına etina etmir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Amerika rəsmilərinin İranın daxili işlərinə müdaxiləçi bəyanatlarına reaksiyada deyib: İran xalqı Amerika rəsmilərinin riyakar şüarlarına etina etmir.

ABŞ prezidenti Donald Tramp bir Tvittində İran dövlətini xalqın hüquqlarına hörmətlə yanaşmağa çağırıb. 

İRİB-in verdiyi məlumata görə, İİR XİN sözçüsü Bəhram Qasimi Amerika rəsmilərinin dəyərsiz, etibarsız və alçaq bəyanatlarını pisləyərək deyib: İran xalqı Trampın Fələstin, Yəmən və Bəhreyn xalqınarının hüquqlarının tapdalanmasındakı ortaqlığını, iranlıların Amerikaya daxil olmalarına qarşı məhdudiyyətlərini və Amerikada yaşayan bir çox iranlıların həbs edilməsini unutmayıb. 

Qasimi deyib: İran xalqı ABŞ rəsmilərinin son günlər İranın bəzi şəhərlərində keçirilən aksiyalara uydurma dəstəyini məkir və riyakarlıqdan başqa bir şey hesab etmir. 

İranın XİN sözçüsü İran xalqının ölkənin təhülkəsizlik və tərəqqisinin əsas arxası olduğunu bildirərək deyib: İran xalqının seçkilərdə geniş iştirakı, icra aparatlarının fəaliyyətinə nəzarəti ölkənin və islam inqilabının tərəqqisi amilidir. 

Qasimi deyib: İran İslam Respublikası konstitusiyası xalqın demokratik tələblərinə qanuni dəstək nəzərdə tutub və bu tələblərin qanun çərçivəsində gündəmə gətirilməsi tamamiylə mümkündür.  

Şərh yaz


Məxfi kod
Yenilə