Şənbə, 30 Dekabr 2017 13:15

9 dey mərasiminin yekun qətnaməsi

9 dey mərasiminin yekun qətnaməsi

9 dey qəhrəmanlıq hadisəsinin anım mərasiminin iştirakçıları bir qətnamə qəbul edərək müqəddəs islami quruluşa qarşı hegemonçu-sionist qüvvələrin yeni fitnələri ilə qarşılaşmağa hazır olduqlarını bildiriblər.

1388-ci il 9 deydə İran xalqının, 10-cu prezident seçkilərində saxtakarlığa yol verildiyini iddia edərək yollarını azanlardan bəraətini nümayiş etdirməsi günüdür. 

İRİB-in verdiyi məlumata görə, Qətnamədə deyilir: 9 dey xalqa sövkənən islami quruluşun güclülüyü, xalqın vilayət məhvəri ətrafında birliyi, dindarlıq, bəsirət, düşmənşünaslı, vəzifəsini bilmək və ona əməl etməyin təcəssüm etdiyi gündür və islam inqilabının böyük rəhbərinin dahiyanə tədbiri nəticəsində islam inqilabına qarşı ən mürəkkəb və ən böyük fitnə zərərsizləşdirildi və fitnəçilər təcrid olundular. 

Qətnamə İran rəsmilərinin xalqın məişət problemlərinin həllinə səy göstərmələrinə təkid edərək bildirir: Əks-inqilabçıların istəyi əsasında Amerika, Britaniya və Qüdsü işğal edən rejimin casusluq agentlikləri ilə eyni istiqamətdə əsassız bəhanələrlə törədilən hərhansı fitnəçilik məğlubiyyətə məhkumdur. 

9 dey yomullahını anım mərasiminin iştirakçıları İran rəsmilərindən müqəddəs islami quruluşun inkişafı və Amerikanın zalım sanksiyaları və yeni planları ilə qarşılaşmaq gücünün artırılması istiqamətində bütün səylərini göstərmələrini istəyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə