Cümə axşamı, 28 Dekabr 2017 11:19

Qasimi: İran Kanadadan İran vətəndaşının qətli barədə izahat istəyir

Qasimi: İran Kanadadan İran vətəndaşının qətli barədə izahat istəyir

İran İslam Respublikası Xarici İşlər Naziriyinin sözçüsü bir İran vətəndaşının Kanada polisi tərəfindən qətlə yetirilməsi barədə əldə olunan məlumatlara münasibət bildirərkən bu hərəkəti pisləyib və İranın Kanada dövlətindən bu barədə izahat istədiyini bildirib.

İRNA-nın verdiyi məlumata görə, Bəhran Qasimi bu gün bildirib: Təəssüflə, Kanadada yaşayan həmdə xəstə olan İran vətəndaşı Babək Səidinin bu ölkə polisi tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilməsi barədə məlumat aldıq. 

Qasimi İranın diplomatiya aparatının bu hadisənin təfərrüatını araşdırmaqda olduğunu bildirərək deyib: Kanadada yaşayan iranlılar öz konsulluq hüquqlarının təmini sahəsində bir çox problemlərlə üz-üzədirlər. 

İİR XİN sözçüsü deyib: Son iki ildə Tehran Kanadada yaşayan iranlılar üçün konsulluq xidmətlərinin bərpa edilməsi istiqamətində geniş səylər həyata keçirib ancaq hələ istənilən nəticələr əldə olunmayıb. 

İran vətəndaşı Babək Səidi şənbə günü Kanadanın Ontario vilayətinin Morrisburq şəhərində Polisin atəşi nəticəsinə qətlə yetirilmişdir. 

Kanada dövləti  yerlilər, miqrantlar və azlıqlara münasibətdə həmişə ayrıseçkiliklərə yol verir.

Şərh yaz


Məxfi kod
Yenilə