Çərşənbə, 27 Dekabr 2017 17:50

İnqilab Rəhbəri: ABŞ dünyanın ən zalım və ən korrupsioner dövlətidir

İnqilab Rəhbəri: ABŞ dünyanın ən zalım və ən korrupsioner dövlətidir

İslam İnqilabının Böyük Rəhbəri bu gün çərşənbə günü İranın İslam Təbliğatı Koordinasiya Şurasının rəsmiləri və üzvləri ilə görüşdə ABŞ rejimini dünyanın ən zalım və ən korrupsioner hökuməti adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri ofisinin internet portalının məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə İmam Həsən Əsgərinin (ə) səadətli mövludu münasibəti ilə təbrik edib və 1388-ci günəş ili 9 dey (30 dekabr 2009) xalq qəhrəmanlığının ildönümünü yad edib və deyiblər: ABŞ-ın İŞİD və təkfirçi terrorçuları dəstəkləməsi, Ali-Səud kimi zalım hökumət və diktaturalarla əlbir olması, hər gün Yəməndə insanları al-qana boyayan cinayətkarları və sionist cinayətkarları dəstəkləməsi ABŞ rejiminin alçaq və çürümüş mahiyyətini əks etdirən nümunələrdir.

ABŞ-a və bu ölkənin ədliyyə sisteminə hakim irqi ayrı-seçkiliyə münasibət bildirən İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Bu problemlərlə, əsaslı nöqsanlarla, onlar başqa ölkələrin ədliyyə sistemləri, o cümlədən İranın dindar ədliyyə sistemini suçlayırlar.

Həzrət Ayətullahülüzma Xamenei İranda siyasi, dini, etnik və dil ixtilafı yaratmaq üzrə ABŞ-ın mürəkkəb və çoxlu xərclərinin faydasız olduğunu və məğlubiyyətə uğradığını bildirib və əlavə ediblər: Allahın izni ilə, İran xalqı və islam quruluşu bütün sahələrdə ABŞ-ı məyus edəcəklər.

İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikasının güclü qüvvə ilə inkişafını və dirçəlişini davam etdirdiyini bəyan edərək bildiriblər: Bu inkişaf yolu ABŞ-ın hazırkı prezidentinin dövründə də davam edəcək və İslam Respublikasının meydandan çıxması və ya zəifləməsinə dair arzuları onların ürəyində qalacaqdır.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin ABŞ-ın şübhə yaratmaq və xalqdan etimad və ümidi almaq üçün durmadan çalışdığına toxunaraq xatırladıblar: 9 Dey günü o əzəməti ilə, xalqın belə oyunlara cavabı və inqilab və din dəyərlərinin müdafiəsi idi. Əlbəttə bu gün də dəyərlərə sədaqət mövcuddur.

 

Şərh yaz


Məxfi kod
Yenilə