Bazar, 19 Noyabr 2017 13:01

2 milyon 700 mindən çox zəvvar Məşhədə səfər edib

2 milyon 700 mindən çox zəvvar Məşhədə səfər edib

İmam Rzanın (ə) müsibətli şəhadətinin növbəti ildönümü ilə əlaqədar olaraq noyabr ayının 10-dan 18-dək dünyanın bütün yerlərindən Məşhəd şəhərinə 2 milyon 700 min 979 zəvvar səfər edib.

 “İrna”- xəbər verir ki, bunu Xorasan Rəzəvi əyaləti üzrə zəvvarların rifahını təmin etmə ofisinin kordinatoru Mehdi Fruzan bu gün jurnalistlərə açıqlamasında bildirib.

M.Fruzan deyib ki, bu rəqəm ötən illlə müqayisədə 10 faiz artıb. “Bu rəqəmdən 2 milyon 148 min 223 nəfər öz şəxsi avtomobili ilə Məşhədə səfər edib. 319 min 196 zəvvar avtobus, 108 min 385 nəfər qatar və 125 min 86 nəfər isə Məşhədə təyyarə ilə səfər edib."

Qeyd edək ki, İmam Rzanın şəhadət günü yaxınlaşdıqca Məşhədə axışan piyada zəvvarların sayıda artır. İranın müxtəlif şəhərlərindən gələn piyada İmam Rza(ə) zəvvarları şəhadət günündə Məşhəddə imamın ziyarətinə nail olmaq istəyirlər.

Şərh yaz


Məxfi kod
Yenilə