Şənbə, 21 Oktyabr 2017 19:54

Rzayi: İran raket qüdrətini müzakirə etməyəcək

Rzayi: İran raket qüdrətini müzakirə etməyəcək

İran İslam Respublikası Quruluşun Məsləhəti Şurasının katibi deyib: Tehran heç kimə İranın müdafiə və raket qüdrəti barədə müzakirə etmək icazəsi vermir.

Möhsün Rzayi şənbə günü Quruluşun Məsləhəti Şurasının iclasından sonra jurnalistlər qarşısında deyib: bəzi ölkələr İranın raket qüdrətini məhdudlaşdırmaqla təhdid yaratmağa çalışırlar. Lakin, İran heç bir şəxs və ya rəsmiilə bu barədə müzakirə etmir. 

Rzayi həmçinin, Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) təsirsiz bir anlaşmaya çevirilməsi üçün atılan addımlara da işarə edib və deyib: Nüvə anlaşmasını təsirsiz bir anlaşmaya çevirmək üzrə addımlar cavabsız qalmayacaq. Çünki, nüvə anlaşmasının pozulmamasını istəyən bəzi Avropa ölkələrinin özləri bu anlaşmanı təsirsiz bir anlaşmaya çevirmək ardıncadırlar. 

İran İslam Respublikası Quruluşun Məsləhəti Şurasının katibi İraq Kürdüstanında separatçı referendumun keçirilməsinə də işarə edib və deyib: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin bu hərəkəti İraq konstitusiyasına zidd hərəkət olaraq, İraq Kürdüstanında sərmayə qoyuluşu riskinin artmasına səbəb olub. 

 

Şərh yaz


Məxfi kod
Yenilə