Çərşənbə, 18 Oktyabr 2017 17:36

İnqilab Rəhbəri: Əgər qarşı tərəf ƏMTP-ni cırarsa, İran onu tikə-tikə edəcək

İnqilab Rəhbəri: Əgər qarşı tərəf ƏMTP-ni cırarsa, İran onu tikə-tikə edəcək

İran İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Qarşı tərəfin Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) cırmadığı zamana kimi, İran onu cırmayacaq. Amma, əgər, qarşı tərəf ƏMTP-ni cırarsa, İran İslam Respublikası onu tikə-tikə edəcək.

İran İslam İnqilabı Böyük Rəhbəri ofisinin internet səhifəsində yer alan məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər yüzlərlə gənc ziyalı ilə görüşdə deyiblər: Avropalılar ƏMTP-nin onların və Amerikanın xeyrinə olduğunu dərk edərək, ABŞ prezidentinin bu anlaşmanı cırmaq haqdakı sözlərinə qarşı çıxırlar. Bu, yaxşı mövqedir. Amma, kafi deyil.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Avropalılar ABŞ-ın rəftarları, o cümlədən ƏMTP-i ilə bağlı hərəkətlərini önləməli və ABŞ Konqresinin nüvə anlaşması ilə bağlı sanksiyaları bərpa etməsinin qarşısını almalıdırlar. Onlar, İranın müdafiə qüdrəti və İranın regiondakı iştirakı ilə bağlı məsələlərdə amerikalılar ilə yekdil olmaqdan çəkinməlidirlər. Çünki, İran Avropalıların ABŞ-ın zorakılıqları ilə yekdil olmasını heç bir vəchlə qəbul etməyəcək.

İslam İnqilabının Böyük Rəhbəri ABŞ quruluşunu beynəlxalq sionizmin makleri, müstəqil xalqların düşməni və region və dünyadakı bir çox müharibənin səbəbkarı adlandırıb və ABŞ prezidenti Donald Trampın seçki rəqabətləri zamanı İŞİD-in bu ölkə tərəfindən yaradılması ilə bağlı səsləndirdiyi sözləri xatırladaraq, deyiblər: İndi ABŞ başçılarının Amerika və İŞİD-in yolunu kəsən İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı nərə çəkmələri təbii məsələdir.

Həzrət Ayətullahülüzma Xamenei İranın dünya xalqları üçün bir nümunəyə çevrilməsini zorakı qüdrətləri qəzəbləndirən və ümidsizliyə sürükləyən başlıca amil adlandırıb və deyiblər: İran xalqı ötən 40 ildə dünyaya sübut edib ki, zorakı qüdrətlərdən qorxmamaq, onların qarşısında dayanmaq və sanksiyalara, təzyiqlərə baxmayaraq, inkişaf etmək mümkündür.

İslam İnqilabının Böyük Rəhbəri ƏMTP ətrafında cərəyan edən son olaylarla bağlı İran xalqı, rəsmiləri, siyasi fəalları və mətbuatına 7 mühüm tövsiyə ediblər. ABŞ-ın İranın inqilabçı xalqı qarşısında məğlub olması, ABŞ-ın fitnə və hiylələrindən qəflətə qapılmamaq, İranın qüdrət amillərini gücləndirmək, düşmənin söylədiklərinə inanmamaq, müdafiə qüdrətini artırmaq, avropalıların rəftarını diqqətlə izləmək və müqavimət iqtisadiyyatını ciddi formada izləmək İnqilab Rəhbərinin 7 mühüm tövsiyəsi olub.

Şərh yaz


Məxfi kod
Yenilə