Cümə, 13 Oktyabr 2017 11:39

Möhsün Rzayi: Trampın Sepahla qarşılaşması kifayət edər ki, milyonlarla insan Sepaha qoşulsun

Möhsün Rzayi: Trampın Sepahla qarşılaşması kifayət edər ki, milyonlarla insan Sepaha qoşulsun

İran İslam Respublikası quruluşunun məsləhət şurasının katibi Möhsün Rzayi bu gün deyib: ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ilə qarşılaşması kifayət edər ki, milyonlarla insan Sepaha qoşulsun.

Tramp oktyabrın 15-dək Amerikanın İrana qarşı yeni strategiyasını elan etməlidir. 

Amerikada xəbər mənbələri Ağ evin milli təhlükəsizlik komandası tərəfindən hazırlanan İrana qarşı bu ölkənin yeni hücum xarakterli strategiyasının təfərrüatını ifşa etmişlər. 

Bu strategiyaya əsasən Tramp Konqresə növbəti hesabatında İranın nüvə razılaşmasına sadiq qaldığını təsdiqləməyəcək. 

Bu strategiyaya əsasən həmçinin ABŞ dövləti Konqreslə və Vaşinqtonun müttəfiqləri ilə birlikdə İran İslam Respublikası, o sıradan islam İnqilabı Keşikçiləri Korpusuna qarşı təzyiqlərin artırıması sahəsində əməkdaşlıq aparacaq. 

 İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ-ın Suriya və İraqda dəstəklədiyi terrorçularla mübarizədə əsas rola malikdir.

 İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İraq və Suriyada təkfirçi terrorçu qruplarla mübarizə üçün bu ölkələrin dövlətlərinin rəsmi dəvəti ilə onlara hərbi müşavirələr verir. 

Suriyada böhran 2011-ci ildən İraqda isə 2014-cü ildən Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəklədiyi terrorçuların geniş hücumu ilə, sionist rejimin mənafeyinin təmini məqsədi ilə  başlandı. Suriya və İraq qüvvələri müqavimət məhvərinin köməyi ilə son aylar ərzində Terrorçulara ağır zərbələr endiriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə