Bazar ertəsi, 02 Oktyabr 2017 09:33

İnqilab Rəhbərinin hüzurunda Şami-Qəriban mərasimi keçirilib+Foto

İnqilab Rəhbərinin hüzurunda Şami-Qəriban mərasimi keçirilib+Foto

Şami-Qəribanda şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda və xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirakı ilə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Pənahiyan Aşura qiyamının və Həzrət Bəqiyətəllah(əc)-in zühur etməsinin müştərək müraciətinə işarə edərək, geridəqalmanı və qərbpərəstliyi cəmiyyətdə intizar təfəkkürünün yayılması qarşısında ən mühüm maneə adlandırıb və belə deyib: İntizarda olan kəs beynəlxalq məsuliyyət hissi ilə dünyaya hakim kəsilmiş mövcud və zalımcasına vəziyyətə etiraz etməli, həmçinin vurğuncasına və fəal bir intizar çəkən şəxs kimi Məhdəvi utopiyasına və qənaətbəxş vəziyyətə hazırlıq istiqamətində səy göstərməli və hərəkət etməlidir.

Bu mərasimdə həmçinin mədhiyyəçilər Həzrət Seyyiduşşuhəda(ə)-ın və o həzrətin əhli-beytinin müsibətləri barədə mərsiyə və növhələr oxuyublar.

Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti günləri ilə bağlı əzadarlıq mərasimi məhərrəm ayının yeddinci gecəsindən bu ayın on ikinci gecəsinədək altı gün müddətinə Tehrandakı İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə