Bazar, 01 Oktyabr 2017 10:12

İmam Rza(ə) hərəmində Aşura gecəsinin xütbəxanlıq mərasimi keçirilib

İmam Rza(ə) hərəmində Aşura gecəsinin xütbəxanlıq mərasimi keçirilib

Muhərrəmulhəram ayının onuncu gecəsilə bir zamanda dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın pak və nurlu hərəmində ənənəvi "Aşura gecəsinin xütbəxanlıq mərasimi" keçirilib.

Qədim ənənəyə əsasən, ənənəvi "Aşura gecəsinin xütbəxanlıq mərasimi"ndə İmam Rza(ə)-ın pak hərəminin xüddamları və məsul şəxsi Müqəddəs Rəzəvi ziyarətgahına xidmət üzrə xüsusi geyimlə, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın pak hərəminin "İslam İnqilabı" səhnində hazır olublar.

İmam Rza(ə)-ın pak hərəminin xüddamlarının əllərində yanar şamlarla yanaşı lalə gülləri olub. Onlardan öndə xüddamlardan biri tərəfindən qızılı Aşura bayrağı dalğalandırılıb və digər xüddamlar müntəzəm sıralarla İmam Rza(ə)-ın müqəddəs sahətinə hörmət əlaməti olaraq, "İslam İnqilabı" səhnini dövrəyə alaraq, dayanıblar.

Xütbəxanlıq ənənəvi bir mərasim olaraq, 1160-cı hicri qəməri ilindən etibarən, Xorasanın ozamankı hökmranı- Əlişahın vəqfnaməsinə əsasən, hər il Hüseyn Aşura gecəsində, eləcə də Həzrət İmam Rza(ə)-ın şəhadəti gecəsində keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə