Çərşənbə, 27 Sentyabr 2017 16:22

Şəhid Möhsün Höcəci ilə vida mərasimi - Tehran

Şəhid Möhsün Höcəci ilə vida mərasimi - Tehran

Hərəm Müdafiəçisi şəhid Möhsün Höcəcinin cənazəsi bu gün Tehranda müşayiət edilib.

İRNA-nın məlumatına görə, şəhid Möhsün Höcəcinin cənazəsi bu gün Tehranda siyasi və ordu rəsmilərinin də iştirak etdiyi mərasimdə minlərlə paytaxt sakininin çiyinləri üzərində İmam Hüseyn(ə) meydanından Şəhidlər meydanına kimi müşayiət edilib.

Növhə oxumaq, sinə vurmaq, İran İslam Respublikasının bayrağı habelə, Əhl Beyt(ə)-ın adları ilə bəzədilmiş qırmızı, yaşıl və qara bayraqlar ilə müşayiət olunan bu mərasim İslam Quruluşu və onun dəyərlərinə olan eşq və sədaqətin nişanəsi idi.

Mərasimdə çıxış edən höccətülislam Əlirza Pənahiyan şəhid Möhsün Höcəcinin intiqamının İŞİD-in məhv edilməsi ilə deyil, İsrail rejiminin məhv edilməsi ilə alınacağını deyərək, vurğulayıb: İran xalqı heç vaxt şəhid Höcəcinin həqiqi qatilləri olan Amerika və İsraili unutmayacaqlar.

Höccətülislam Pənahiyan həmçinin deyib: Höcəci kimi şəhidləri olan bir xalq qalibdir.

Şəhid Höcəcinin cənazəsi İsfahan ostanında, anadan olduğu Nəcəfabad şəhərində dəfn ediləcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün Tehranın İmam Hüseyn(ə) məscidində olaraq, şəhid Höcəci ilə vida mərasimində iştirak edib, şəhidin ruhuna fatihə oxuyub və Allahdan ona ali dərəcələr diləyib.

"Hərəm Müdafiəçisi" olan Möhsün Höcəci 9 avqust 2017-ci il tarixində İraq və Suriya sərhəd məntəqəsində İŞİD terrorçuları tərəfindən əsir götürülmüş, daha sonra şəhid edilmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə