Bazar ertəsi, 28 Avqust 2017 15:21

İnqilab Rəhbəri: İnqilab dəyərlərinin təsbit edilməsi və İslam İctimaiyyətinin formalaşdırılması mübarizəyə ehtiyaclıdır

İnqilab Rəhbəri: İnqilab dəyərlərinin təsbit edilməsi və İslam İctimaiyyətinin formalaşdırılması mübarizəyə ehtiyaclıdır

İslam İnqilabının Böyük Rəhbəri İnqilab dəyərlərinin qorunması və davam etdirilməsinin çətin və mübarizəhə ehtiyaclı olduğunu deyərək, vurğulayıblar: İnqilab qələbə çalmaq üçün mübarizəyə ehtiyaclı olduğu kimi, İnqilab dəyərlərinin təsbit edilməsi və İslam İctimaiyyətinin formalaşdırılması da mübarizəyə ehtiyaclıdır.

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü səhər dini elmlər mədrəsələrində yeni təhsil ilinin başlanması ərəfəsində Tehran ostanı üzrə bir qrup dini elmlər mədrəsələri müəllimləri və tələbələri ilə görüşdə deyiblər: İslam insan, cəmiyyət və siyasət ilə bağlı yeni və maraqlı fikirlərə malikdir. Əgər bu fikirlər dünya insanlarının diqqətinə çatdırılarsa, heç şübhəsiz bir çoxları onu qəbul edəcək.

Həzrət Ayətullahülüzma Xamenei ruhaniliyi peyğəmbərlərin vəzifəsini davam etdirən kəsim adlandırıb və deyiblər: Peyğəmbərlərin dünyada tövhid baxışı əsasında bir hakimiyyətin qrulması ardınca olduqları kimi, ruhaniyyətin də ən mühüm vəzifəsi elə bu vəzifəyə əməl etməkdir.

İnqilab Rəhbəri İranda İslam quruluşunun formalaşmasına və ruhaniyyətin öz vəzifəsinə əməl etməsi üçün hazırkı dövrün üstünlüklərinə işarə edərək, deyiblər: İctimaiyyətə bir İslam atmosferinin hakim kəsilməsi bu xüsusiyyətlərdən biridir. Bundan başqa dünya səviyyəsində də, Marksizm və Liberalizm məktəblərinin nəticəsiz olması ilə bağlı yaranan düşüncələr də şəraiti İslam təfəkkürünün yeni düşüncələrini təqdim etməsinə uyğunlaşdırmışdır.

İslam İnqilabının Böyük Rəhbəri daha sonra rabitə və informasiya sahəsində müxtəlif vasitələrin olmasına işarə edərək, virtual aləmin formalaşmasını İslam təfəkkürünü təbliğ etmək üçün hazırkı dövrün digər xüsusiyyətlərindən adlandırıb və deyiblər: Bu dövrün digər üstünlüklərindən biri də düşüncələrdə olan sonsuz suallar və şübhələrdir. Elə bu sualların çox olmasının özü insanları cavab tapmaq üçün canlandırır və elmin sərhədlərini aşmağa imkan verir.

Şərh yaz


Məxfi kod
Yenilə