Bazar ertəsi, 21 Avqust 2017 16:42

İnqilab Rəhbəri gənc nəslin inqilabçı əhval-ruhiyyəsinin gücləndirilməsini vurğulayıblar

İnqilab Rəhbəri gənc nəslin inqilabçı əhval-ruhiyyəsinin gücləndirilməsini vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri inqilabçı və cihadçı əhval-ruhiyyəsinin gücləndirilməsini mədəniyyət üzrə məsul şəxslərin ən mühüm vəzifəsi adlandırıblar və vurğulayıblar ki, bütün səylər gənclərin dini və inqilabçı tərbiyəsinə yönəlməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər Yəzd və Həmədan vilayətlərinin mədəniyyət rəsmiləri və fəallarından bir qrupu ilə görüşdə gənc nəsldə inqilabçı əhval-ruhiyyəsinin gücləndirilməsi vacibliyini vurğulayraq, belə qeyd ediblər: Mədəniyyət rəsmiləri müxtəlif mühitlərdə inqilabçı əhval-ruhiyyəsi və cərəyanını gücləndirməyə və onu himayə etməyə borcludurlar.

Həzrət Ayətullahuluzma Xamenei müasir dünyada gənc nəslin azdırılması istiqamətindəki çoxlu zəminlərə toxunaraq, əlavə ediblər: Bu zərərli təbliğatlar və azdırıcı səslərin qarşılığında gənclərin istiqamətləndirilmələri və cücərmələri yolunda böyük imkanlar mövcuddur.

O həzrət şəhid Mohsen Höcəcini islami və inqilabçı cücərtilərin parlaq nümunəsi adlandırıb və belə deyiblər: Əziz şəhid Höcəci çoxlu sayda aldadıcı səs və təsvir pəncərələrinin mövcud olduğu bir dünyada belə parladı və Allah-Taala onu hamının gözləri qarşısında bir dəlil və sənəd kimi qərar verdi.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Məsul şəxslər xoşbəxtlikdən gənclər arasında cərəyan edən böyük inqilab qüvvəsi cərəyanını gücləndirməlidirlər və elə etməməlidirlər ki, inqilab cərəyanı zəifləmiş və onun qarşısında duran cərəyan isə mədəniyyət, universitet və dini təbliğat mühitlərində güclənmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə