Cümə, 18 Avqust 2017 09:08

Tehran müstəmləkəçilərə yeni böhran yaratmaq icazəsi verməyəcək

Tehran müstəmləkəçilərə yeni böhran yaratmaq icazəsi verməyəcək

İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Tehran ABŞ, sionist rejim və digər müstəmləkəçi qüdrətlərə yeni böhran yaratmaq icazəsi verməyəcəkdir.

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur İRİB-lə müsahibədə İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin Türkiyəyə səfərinə toxunaraq deyib: Regionda və İran və Türkiyənin ətrafında ondan çox müharibə və böhran vardır. Tehran həmişə qonşu ölkələrin birliyini dəstəkləyir və onların parçalanması ilə əsla razı deyil. 

Rəhimpur ordu generalı Baqirinin Türkiyəyə səfərinin nəticələrini müsbət qiymətləndirərək deyib: İran və Türkiyə arasında müştərək əməkdaşlıqlar heç bir ölkə əleyhinə deyil və iki ölkə region və islam dünyasının təhlükəsizliyi üçün öz potensiallarından istifadə etmək niyyətindədir. 

İran Silahlı Qüvvələri Baş Qərargahı rəisi general-leytenant Məhəmməd Baqiri Türkiyəyə səfərində çərşənbə günü bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir neçə yüksək səviyyəli hərbi rəsmi ilə görüşərək danışıqlar aparıb. 

Şərh yaz


Məxfi kod
Yenilə