Cümə axşamı, 17 Avqust 2017 12:01

İran-Türkiyə hərbi əməkdaşlıqları genişlənir

İran-Türkiyə hərbi əməkdaşlıqları genişlənir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İran-Türkiyə hərbi əməkdaşlıqları genişlənəcək.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohəmməd Baqeri dünən gecə Ankarada Türkiyənin yüksək çinli hərbi və siyasi rəsmilərilə görüşlərdən sonra IRIB ilə müsahibədə deyib: İki ölkə bütün sahələrdə, xüsusən hərbi və müdafiə həmkarlıqları sahəsindəki əlaqələri genişləndirməyə qərarlıdır.

General-leytenant Mohəmməd Baqeri əlavə edib: Türkiyənin hərbi-təhlükəsizlik rəsmilərilə görüşlərdə hərbi və təhlükəsizlik və müştərək sərhəd həmkarlıqları, eləcə də hərbi məsələlər barədə razılıq əldə olunub.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi söyləyib: Tehran və Ankara həmçinin razılaşıblar ki, təlim və tədqiqat əməkdaşlıqlarına malik olmuş olsunlar; o sıradan tələbə mübadiləsi, gəmilərin qarşılıqlı gediş-gəlişi və iki tərəfin manevrlərinə nəzarətçinin göndərilməsini daha artıq nəzərdə tutsunlar.

General-leytenant Mohəmməd Baqeri bildirib ki, Türkiyə ordusunun baş qərargah rəisi Hulusi Akarı İrana səfərə dəvət edib. O, deyib: Müştərək sərhədlərin təhlükəsizliyinin bərqərarı, həmçinin İranın terrorçularla mübarizə, müxtəlif qaçaq növlərilə ciddi rəftar və sərhədlərin bağlanması kimi müsbət addımları haqda Türkiyə rəsmilərinə yaxşı informasiya təqdim olunub.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin özünün Türkiyə prezidenti ilə olan görüşünə işarə edərək, deyib: Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, yaxın gələcəkdə Tehrana səfər edəcək və iki ölkənin siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrinin genişləndirilməsi məqsədilə müştərək strateji komissiyanın iclası keçiriləcək.

 

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob