Şənbə, 05 Avqust 2017 19:30

Ruhani İran prezidenti kimi and içdi

Ruhani İran prezidenti kimi and içdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani ikinci dəfə and içib ki, İslam, İslam Respublikası Quruluşu və Əsas Qanunu qoruyacaq.

Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilən İran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, seçkilərdə qalib gəldi. 

Həsən Ruhani bu gün axşam İran İslam Şurası Məclisində keçirilən inauqurasiya mərasimində Qurani-Kərimin qarşısında və İranın məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani, İran İslam Şurası Məclisinin üzvləri, Negəhban Şurasının üzvləri, daxili və xarici qonaqların hüzurunda and içib.

Ruhani and içibdir ki, rəsmi din, İslam Respublikası Quruluşu və Əsas Qanunun qoruyucusu olacaq və özünün bütün istedad və səlahiyyətlərindən üzərinə götürdüyü məsuliyyətin yerinə yetirilməsi yolunda istifadə edəcək, həmçinin özünü xalqa xidmətə, ölkənin tərəqqisinə, din və əxlaqın yayılmasına, həqqin himayəsi və ədalətin genişlənməsinə vəqf edəcək, hər cür avtoritarizmdən çəkinəcək, Əsas Qanunun xalq üçün tanıdığı hüquqlar və şəxslərə hörmət və azadlığa dəstək verəcək.

İran İslam Respublikasının prezidenti and içdikdən sonra onun mətnini İranın məhkəmə hakimiyyətinin sədri və Negəhban Şuranın üzvləri qarşısında imzalayıb. Andiçmə mətni Negəhban Şurasının sədri Ayətullah Əhməd Cənnətiyə təhvil veriləcək.

İranın İslami Şura Məclisində keçirilən İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində ölkə və ordu rəsmiləri və şəxsiyyətləri, eləcə də dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-dən yuxarı yüksək səviyyəli xarici və beynəlxalq nümayəndə heyəti iştirak edib.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob