Bazar, 30 iyul 2017 14:39

Həcc üzrə məsul şəxslər İnqilab Rəhbəri ilə görüşüblər

Həcc üzrə məsul şəxslər İnqilab Rəhbəri ilə görüşüblər

Həcc həftəsinin gəlib çatması ilə bir zamanda və zəvvarların vəhy diyarına göndərilmələri ərəfəsində İranın həcc üzrə məsul şəxsləri bu gün səhər İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.

Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Mühafizəsi və Nəşri Ofisinin informasiya portalının məlumatına görə, bu görüşün təkmilləşmiş xəbəri sonradan yayılacaqdır.

İrandan təmətto həcci karvanının göndərilməsi bu gündən başlanır və Allah Evinin iranlı zəvvarlarının rəsmi şəkildə yola salınmaları mərasimi sabah Vəliyyi Fəqihin nümayəndəsi və Beytullahulhəramın iranlı zəvvarlarının başçısı Əli Qazi Əskər və İranın Həcc və Ziyarət Təşkilatının sədri Həmid Mohəmmədinin iştirakı ilə keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə