Çərşənbə, 12 iyul 2017 17:18

İrandakı xarici səfirlər İmam Rzanın (ə) hərəmini ziyarət etdi

İrandakı xarici səfirlər İmam Rzanın (ə) hərəmini ziyarət etdi

İrandakı xarici ölkə səfirləri və missiya rəhbərləri Qüds Rəzəvi ostanının mübarək məkanları və İmam Rzanın (ə) hərəmindəki muzeyləri ziyarət ediblər.

"Astan News " xəbər verir ki, həmin səfirlər və missiya rəhbərləri birlikdə, Qüds Rəzəvi ostanında olan BMT-nin qaçqınlar üzrə ali komissarının nümayəndəsi Sivanika Danapala, İmam Rzanın (ə) hərəmində olmaqdan məmnun olduğunu bildirib: “Müqəddəs Məşhəd şəhəri İranın ikinci böyük şəhəri kimi dünya müsəlmanlarının diqqətini çəkir”.

Hər il 30 milyon ziyarətçinin Qüds Rəzəvi ostanına səfər etdiyini bildirən Danapala, şübhəsiz bu böyük mənəvi mühitə nəzarət edilməsi və böyük cəmiyətə xidmət edilməsinin böyük bir iş olduğunu deyib: "Məşhəd və Qüds Rəzəvi ostanında yerləşən müxtəlif iqtisadi və mədəni imkanlar, bizim səfirlər və xarici missiya rəhbərləri ilə birlikdə bura səfər etməyimizə səbəb oldu".

Belçikanın İrandakı səfiri doktor Delhayer isə açıqlamasında, Qüds Rəzəvi ostanının mədəni və tarixi keçmişinə vurğu edib: "İmam Rzanın (ə) hərəminin muzeylərində iranlı və İslam sənətinin və yaradıcılığın zirvəsini görmək mümkündür”.

Doktor Delhayer Qüds Rəzəvi ostanının memarlıq, xalça və əl sənətkarlığının insanı həqiqətən cəzb etdiyini vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə